YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Qəzli kənd sakini Rzayev Elxan Ariz oğlunun və Poladtoğay kənd sakini İslamov Daşqın Alik oğlunun ildönümləri ilə əlaqədar məzarlarını ziyarət ediblər.

Təşkilat nümayəndələri hər iki şəhidin məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər. 

Daha sonra şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.