YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda Vətən müharibəsi şəhidləri Yadigar Əliyevin və Elgün Xıdırovun xatirəsi anılıb

Goranboy rayonunda Vətən müharibəsi şəhidləri Yadigar Əliyev və Elgün Xıdırovun anım mərasimi keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov,  Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Goranboy rayon təşkilatının fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidlərin məzarları ziyarət olunaraq qəbirləri üstünə əklil, gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.