YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Vətən müharibəsi şəhidi Ramin Nurəhmədovun xatirəsi anılıb

Noyabrın 2-də Qusar rayonunun Nəcəfkənd kəndində Vətən müharibəsi şəhidi Nurəhmədov Ramin Marif oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində YAP Qusar rayon təşkilatının fəalları, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə, şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhidin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Şəhidin atası Marif  Nurəhmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki,Vətən müharibəsi  şəhidi Ramin Nurəhmədov "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.