YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Cavanşir küçəsi 12, Məhsəti küçəsi 3 ünvanlarında yerləşən  və Kənd Əhmədli ərazi partiya  təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, bu gün  güclü, qüdrətli,  qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün qürur mənbəyidir: “Keçilən yolun təhlili fonunda bu fikri böyük inamla qeyd edirik ki, ulu öndər Heydər Əliyev tərəfindən düzgün  müəyyənləşdirilən yol Azərbaycana böyük uğurlar qazandırıb. Son 18 ildə  bu yolun  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  dövlətimizi daha parlaq gələcəyə, inkişafa doğru inamla aparır. Hazırda  tarixi Qələbəmizin sevincini yaşamaqla yanaşı, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib Lider kimi işğaldan azad  olunmuş torpaqlarımıza  ardıcıl səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır, söz sahibi olduğunu irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla təsdiqləyir.”

Vüqar Rəhimzadə onu da  vurğulayıb ki, ölkəmizin uğurlarında öz payı olan  Yeni Azərbaycan Partiyasını milyonların partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında xalqın, dövlətin maraqlarını üstün tutmasıdır: “Müstəqilliyinin yenidən bərpasının 30 ilinə  bələdçilik edən  YAP sözlə əməl birliyi sayəsində cəmiyyətdə getdikcə nüfuzunu artırır,  özünə inamı və etimadı gücləndirir. Zəfərimizin yaratdığı reallıqlar əsasında özünün VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi  yeni qərarlarla gələcək addımlarının  aydın mənzərəsini təqdim etdi. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin icrası üçün üzərinə  düşən vəzifəni yerinə yetirməyə çalışır.” 

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Gülnaz Kərimova Cavanşir küçəsi 12 ünvanında yerləşən ərazi partiya  təşkilatının sədri, Səkinə Abbasova  sədr müavini, Elçin Salmanov Kənd Əhmədli ərazi partiya təşkilatının sədri, Sevinc Məmmədova    sədr müavini,  Röyal Yolçuzadə  Məhsəti küçəsi 3 ünvanında   yerləşən ərazi partiya təşkilatının  sədri, Ziba Cəfərli isə    sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.