YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid Əfqan Həmzəyevin anım mərasimi keçirilib

2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonu Borsunlu kənd sakini, şəhid əsgər Həmzəyev Əfqan Bəhmən oğlunun yas mərasimi keçirilib.

 Mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Goranboy rayon təşkilatının nümayəndələri, rayon ağsaqqalları və ziyalıları, şəhidin ailə üzvləri iştirak ediblər.

Yas mərasimində dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qardaşlarımız yad edilib, valideynlərinə səbr dilənilib, şəhidlərimizin döyüş yolundan, vətənpərvərliyindən, onların vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından danışılıb.

Qeyd edək ki, Əfqan Həmzəyev bu il oktyabrın 14-də Ağdam rayonu istiqamətində, düşmənin snayper atəşi nəticəsində şəhid olub.