YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

            Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı S.Vurğun küçəsi 51 A ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib.

            Hesabat-seçki yığıncağında təşkilatın sədri Həsən Niftəliyev hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsinə münasibət bildirən iclas iştirakçıları S.Vurğun küçəsi 51 A ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş hesab etdilər.

            İclasda gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.  Həsən Niftəliyev sədr, Möhübət Məhərrəmov isə sədrin müavini seçilib.

            İclasın sonunda YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı İlqam Əskərov qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlatına müvafiq tövsiyyələrini verib.