YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhidin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Biləsuvar rayon Bağbanlar kənd şəhidi Əmənov Məhəmməd İltizam oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Sonra şəhidimizin məzarı ziyarət olunub, məzarı üzərinə tər gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!