YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhidlərimizin anım mərasimləri keçirilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları,  hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən oğulları - İsayev Təbriz İsabala oğlu, İbrahimli Kənan Azad oğlu və Əliyev Camal Mehman oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak ediblər.

Anım mərasimlərində şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Vətən müharibəsində şücaət göstərən igidlərimizin keçdikləri döyüş yolu barədə söhbət açılıb, valideynlərinə dərin hüznlə başsağlığı verilib.

Daha sonra şəhid Əliyev Camal Mehman oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə doğulduğu Pərdi kəndində inşa olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!