YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Pərvin Kərimzadə şəhidlərin anım mərasimində iştirak edib

44 günlük Vətən müharibəsində böyük igidlik və rəşadət göstərmiş Əhmədov Amal Rauf oğlu  və Həsənov Orxan Bakir oğlunun şəhadətlərinin ildönümünü ilə əlaqədar anım mərasimi keçirilib.

Şəhidlərin ailə üzvləri ilə birgə keçirilən mərasimdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əhmədov  Amal Rauf oğlu 3 may 1996-cı ildə Rusiyanın Tver şəhərində anadan olub. 2002-2013-cü illərdə Gəncə şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Gəncə Texniki Kollecinə daxil olub. 2014-cü ildə  təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. 10 yaşından atasını itirən Amal daha sonra ailənin bütün yükünü çiyinlərində daşıyıb. Sentyabrda Vətən müharibəsinə yollanan Amal Cəbrayılda, Füzulidə döyüşüb. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həsənov Orxan Bakir oğlu 1991-ci il mayın 9-da Gəncə şəhərində anadan olub. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Orxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Həsənov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Oktyabrın 19-da Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə  ölümündən sonra "Vətən uğrunda" ,"Döyüşdə fərqlənməyə görə”,  "Cəbrayılın azad olunmasına görə" medalıları ilə təltif edilb.

Anım günündə iştirak edənlər rəşadətli Ordumuzun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharətindən, xalqımızın müharibədə nümayiş etdirdiyi birliyinin müharibədə oynadığı mühüm rolundan bəhs ediblər.

Şəhid və qazi ailələri daim dövlətimizin qayğısı ilə əhatə olunub. şəhidlərimizin xatirəsi həmişə yaşayacaq, xidmətləri heç vaxt unudulmayacaq.