YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkirin Qədimqala kəndindən olan şəhid Elçin Bəxtiyar oğlu İsrafilzadənin və Morul kəndindən olan şəhid Etibar Teyyub oğlu Cəfərovun məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.

Sonra şəhidlərin ailələri ziyarət olunub. YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev qeyd edib ki, igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərib, canlarından keçiblər. Bu gün dövlətimiz tərəfindən onların ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcək.

Şəhidlərin ailə üzvləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.