YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Qurbanovlar ailəsinin məzarları ziyarət olunub

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının kollektivi İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhalini, eyni zamanda, yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində şəhid olan Qurbanovlar ailəsinin(bir ailənin 5 üzvü) məzarlarını ziyarət ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, ehtiram əlaməti olaraq məzarları üzərinə tər gül-çiçək dəstələri düzülüb.