YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında görüş keçirilib

YAP Yasamal rayon təşkilatında ərazi partiya təşkilatları sədrləri ilə növbəti görüş keçirilib.

Görüşdə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev görüləcək işlərdən söz açıb.

B.Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müxtəlif istqamətlərdə həyata keçirir: “Bizim əsas məqsədimiz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətimizi qorumaq və onun möhkəmlənməsi uğrunda çalışmaqdır”.

Zəfərimizdən söz açan Bəxtiyar Nəbiyev bu qələbəni bizə bəxş edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müzəffər Azərbaycan ordusuna minnətdarlığını bildirib. Ölkəmizin ərazi bütüvliyi uğrunda canından keçən şəhidlərimiz əbədi olaraq bizim qəlbimizdə yaşayacaq. Onların aillərinə daim diqqət yetirmək və onların sosial problemləri ilə yaxından maraqlanmaq bizim vətəndaşlıq borcumuzdur.

Daha sonra gündəlikdə duran məsəllər müzakirə olunub.

Tədbirdə ərazi partiya təşkilatları sədrlərinin təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.

Sonda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ərazi partiya təşkilatları sədrlərinə tapşırıq və tövsiyylərini çatdırıb.