YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO-nun Baş katibi Azərbaycana təşəkkür edib

Əfqanıstandakı hava limanının təhlükəsizliyinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq.

“TRT Haber”ə istinadla bildirilir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, təxliyələr üçün gün ərzində fasiləsiz olaraq işlər görülür. “Türkiyə bu mövzuda mühüm rol oynayır. Xüsusilə Türkiyə, ABŞ və İngiltərəyə Kabildəki hava limanının təhlükəsizliyində vacib rol oynadıqlarına görə təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyində göstərdiyi dəstək üçün minnətdarıq”.