YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəbnəm Həsənova: Prezident İham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir

“Prezident İham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. Eyni zamanda, reallaşdırılan hər səfər Azərbaycan xalqının torpaq sevdasının, onu yenidən qurub-yaradaraq tezliklə oralara dönmə istəyinin elə ölkənin birinci şəxsindən başlayaraq nə qədər dərin olduğundan xəbər verir”.

Bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.

Ş.Həsənova qeyd edib ki, dövlət başçısının səsləndirdiyi hər fikir sadəcə Ermənistana deyil, ona hələ də havadarlıq edən dairələrə ünvanlanmış mesajlardır: “Son günlər Ermənistan tərəfindən mövqelərimizin sıxlıqla atəşə tutulması fonunda avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Ali Baş Komandanı və Şanlı Ordusu olmayan "Artsax" "qəhrəmanlarını", Xocalı cəlladları Köçaryan, Sarkisyan, Ohanyan kimi caniləri necə məhv etdisə, uydurduqları "yenilməz ordu" mifini necə yerlə bir etdisə, bundan sonrakı məqamlarda da onlar bundan dərs götürərək, buna uyğun şəkildə addımlar atmalıdırlar. Erməni əsgəri qorxaq və fəraridir, Azərbaycan əsgəri isə öz torpağını azad edərək adını tarixə yazdırdı. Azərbaycan dövləti sərhəd infrastrukturu və hərbi hissələr yaradır, yəni biz sərhədlərdə möhkəmlənirik. Azərbaycan-Ermənistan sərhədində söz sahibi olan da Azərbaycandır, yəni nə Ermənistandır, nə də başqa bir dövlət. Düşünürəm ki, ölkə başçımızın səsləndirdiyi hər fikir sadəcə Ermənistana deyil, ona hələ də havadarlıq edən dairələrə ünvanlanmış mesajlar idi. Azərbaycan bütün region ölkələrindən bölgədə sülhün bərqərar olması üçün səylərini daha da artırmasını gözləyir”.

Politoloqun sözlərinə görə, ölkə başçımızın işğaldan azad olunan ərazilərə səfəri sadəcə yerli mətbuatın deyil, xarici medianın da diqqət mərkəzində olur: “Ona görə səfər ermənilərin Kəlbəcəri tərk edərkən binaları, su elektrik stansiyalarını, bütün infrastrukturu dağıtması, erməni vəhşiliyinin əyani şəkildə dünya ictimaiyyəti tərəfindən görülməsi baxımından da önəmlidir. Nəzərə alsaq ki, Azərbaycana məxsus qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilirdi, o zaman ölkə başçımızın da qeyd etdiyi kimi qanunsuz fəaliyyətdə əlləri olan hər kəs ya Azərbaycana təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəmələr önündə cavab verəcəklər. Azərbaycan necə ki, sona qədər getdi, harada durmaq lazım olduğunu bilərək, Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etdi, indi də dövlətimiz başlatdığı işi sona çatdıracaq. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçın Beynəlxalq Hava Limanının, Murovdağında tunelin təməlini qoyması, yəni bu qədər geniş və maliyyə tutumlu işlərin başladılması və qısa zaman kəsiyində yekunlaşaraq, insanlarımızın öz doğma yurdlarına geri dönməsi əsas hədəfimizdir. Necə ki, işlər sürətlə gedir, tarixi toponimlərimiz də bərpa edilməlidir. Ölkə başçımız bunun əhəmiyyətini də dilə gətirərək bildirdi ki, "Vardenis" yox, Basarkeçər, "Yerasx" deyil, Arazdəyən istifadə olunmalı və bölgələrimizin adları əsl tarixi adları ilə çağırılmalıdır. Qarabağ da, Şərqi Zəngəzur Azərbaycandır! Azərbaycan isə öz mövqeyində prinsipialdır”.