YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Urxan Ələkbərov: Azərbaycanın bu gün əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır

“Azərbaycanın bu gün əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Yeni TV”nn canlı yayımında bildirib.

Onun sözlərinə görə, ötən əsrin 60-cı illərində Azərbaycanın müstəqil olmamasına baxmayaraq, Ulu Öndərin həmin dövrdə yürütdüyü siyasət bu günümüz üçün düşünülüb: “Bugünkü Azərbaycanın vəziyyətini qiymətləndirmək üçün tarixə baxmaq lazımdır. 1969-cu ilə, Heydər Əliyev birinci dəfə hakimiyyətə gələnə qədər həmin dövrdə müttəfiq respublikalar arasında Azərbaycan ən geridə qalmış aqrar-xammal ölkəsi idi. Onun rəhbərliyi dövründə isə Azərbaycan SSRİ Sovet respublikaları sırasında sürətlə inkişaf edən və özünü tam təmin edən arqar-sənaye respublikasına çevrildi”.

U.Ələkbərov vurğulayıb ki, ən vacib məqamlardan biri milli kadr potensialının formalaşdırılması siyasəti idi: “Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına xüsusi diqqət yetirib. O vaxt çoxsaylı tələbələr xaricə göndərilirdi. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Bunları nəzərə alaraq deyə bilərəm ki, XX əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb”.