YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisi meri: Bu gün Bakının nə qədər dəyişdiyinin şahidi oldum

Bakı gündən-günə gözəlləşir. Mən 4 il əvvəl burada olmuşam və bu gün Bakının nə qədər dəyişdiyinin şahidi oldum.

Bunu Bakıda səfərdə olan Tbilisi şəhərinin meri Kaxa Kaladze iyulun 14-də Şəhidlər xiyabanında jurnalistlərə müsahibəsində deyib.

O, 4 il əvvəl Bakıda olduğunu və ötən illər ərzində Bakının nə qədər dəyişdiyini, kommunal xidmət qurumları tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu, mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini qeyd edib. O deyib: “Bu yaşıllaşdırma işləri mənim üçün çox əhəmiyyətlidir. Görünür, həm ölkə rəhbərliyi, həm də şəhər meriyası paytaxtın abadlığına və yaşıllaşdırılmasına böyük diqqət ayırır. Bu işlər yalnız ciddi qulluq sayəsində mümkündür”.

Qeyd edək ki, Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edən qonaqlar Bakının görməli yerlərini gəzib, Heydər Əliyev Mərkəzində olublar.