YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Türkiyə iş adamlarının Ələt Azad İqtisadi Zonasına sərmayə qoyması ortaq maraqlarımızı təmin edir

Ələt Azad İqtisadi Zonası (Ələt AİZ) təkcə Azərbaycan üçün deyil, dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir edəcək bir layihədir. Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan bu layihənin ən qısa zamanda canlanacağına inanıram. Bu layihənin gerçəkləşməsi bölgə ölkələrinin hamısı üçün açıq və faydalıdır. Ələt AİZ Azərbaycanın tranzit imkanlarını dəfələrlə artırmaqla region ölkələrin hamısı üçün iqtisadi dirçəliş imkanları yaradacaq.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun təqdimatının maraqla qarşılandığını diqqətə çatdıran Şamil Ayrım deyib: “Dünyanın bır sıra ölkələrində azad iqtisadi zonalar var. Biz həmin iqtisadi rayonları mahiyyət etibari ilə Ələt Azad İqtisadi Zonası ilə müqayisə etdikdə görürük ki, AİZ bir sıra göstəriciləri ilə mühüm üstünlüklərə malikdir. Nəzərə almaq lazımdır ki, Ələt bölgəsi dəniz kənarında yerləşdiyi üçün əlverişli coğrafiya sayılır. Bölgənin dəniz limanının yaxınlığında yerləşdiyini, geniş ərazini əhatə etdiyini, bölgədə enerji və infrastruktur mənbələrinin yerləşdiyini nəzərə alsaq bütün bunlar layihənin perspektivlərini ortaya qoyan göstəricilərdir”.

Prezident İlham Əliyevin söylədiyi “zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat verilməsinin vacibliyi” ifadəsini xatırladan Şamil Ayrım bildirib ki, Türkiyə iş adamlarının Ələt Azad İqtisadi Zonasına sərmayə qoyması ortaq maraqlarımızı təmin edir.

Türkiyə Böyük Millət Məclisinin deputatı “Əminəm ki, AİZ layihəsində iştirak etmək üçün ən qısa zamanda beynəlxalq səviyyəli sərmayəçilər arasında şəffaf rəqabət yaranacaq”,- deyə fikirlərini davam edib.