YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cozef Bayden "erməni soyqırımı" bəyanatı ilə reallığı təhrif edir

ABŞ Prezidenti C.Baydenin 1915-ci ildə baş vermiş uydurma hadisələri "soyqırım" kimi qələmə verməsi son dərəcə absurd və ağılsız qərardır.

Çünki bu ölkənin maraqlarına zidd olaraq dünya sisteminin 1945-ci ildən sonra formalaşmış sütunlarını zədələyərək yeni hərbi ittifaqlaırn ortaya çıxmasını şəbəb bilər.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, ABŞ-la Türkiyə arasında son illər bir çox məsələlərdə anlaşılmazlıq və ziddiyyətlər mövcuddur. Belə ki, rəsmi Vaşinqtonun Orta Şərq siyasətində müttəfiqi hesab olunan Türkiyənin strateji maraqlarına zidd addımlar atması, S400 və F35 qalmaqalları, habelə terrorçu Fətullah Gülənin ətrafında cərəyan edən məlum hadisələr iki ölkə arasında ayrı-ayrı vaxtlarda heç də xoş olmayan münasibətlərin formalaşmasına səbəb olub. Lakin bunların heç birisi ABŞ-Türkiyə strateji müttəfiqliyinin fundametal köklərini zədələyəcək qədər geosiyasi nəticələr doğurmayıb. Lakin Prezident Baydenin qondarma erməni soyqırımını tanıması isə iki ölkə arasındakı tarixi əlaqələrin üstündən böyük bir xətt çəkəməklə qlobal müstəvidə yeni bir epoxanın yaranmasına səbəb ola bilər.

Əfsuslar olsun ki, erməni uydurmalarını həqiqət kimi qəbul edib tarixdə heç vaxt olmayan qondarma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ prezidenti 30 il əvvəl real həyatda baş vermiş dəhşətli faciəni - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqrımı unudur.

A.Hüseynov bildirdi ki, ölkələr və xalqlar heç bir tarixi, elmi və hüquqi əsas olmadan başqa ölkələrin parlamentləri və ya rəhbərliyi tərəfindən mühakimə olunmamalıdır. 1915-ci il hadisələri isə beynəlxalq hüquq və müvafiq beynəlxalq sənədlər baxımından ədalətli şəkildə araşdırılmalıdır. Əks halda bu cəmiyyətlər arasında intiqam və düşmənçilik hisslərini alovlandıra bilər.

ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi Türkiyəyə təsir vasitəsi ola bilməz. Çünki dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar erməni diasporunun apardığı bu təbliğatın əsassız olduğunu və siyasi məqsəd daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar.

Tarixi hadisələr faktlarla sübut edir ki,dünyada erməni yalanlarına bizim qədər bələd olan ikinci ölkə yoxdur. Bu mənada Türkiyəyə qarşı yönəlmiş hər hansı bir addım bizə qarşı yönəlmiş təhdiddir. Baydenin heç bir məntiqə sığmayan ağılsız qərarını pisləməklə Türkiyəni tam dəstəkləyir və bütün istiqamətlər üzrə qardaşlıq missiyamızı yerinə yetirəcəyik.