Xəbərlər
YAP Ağstafa rayon təşkilatının nümayəndələri şəhid Elvin İmaməliyevin ailəsini ziyarət edib
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının nümayəndələri və təşkilatın Gənclər Birliyinin üzvləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid Elvin İmaməliyevin ailəsini ziyarət edib, şəhid ailəsinin xanım üzvlərini təbrik edərək onların hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər.
Təşkilatın üzvləri şəhidin atası ilə söhbət edərək onların qayğıları ilə yaxından maraqlanıblar. Qeyd edilib ki, YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri olmuş şəhid Elvin İmaməliyev kimi qəhrəmanlarımızın xatirəsi heç zaman unudulmayacaq, gələcək nəsillərə örnək göstəriləcək.
Şəhidimizin ailəsi də öz növbəsində dövlət və partiya tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.