YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır

Hər gün tarixi-şanlı Qələbəmizin, Zəfərimizin davamı, növbəti müjdələri gəlir.

Hər bir sahədə, hər bir məsələdə qələbələrimiz, uğurlarımız davam edir.
İqtisadiyyatından tutmuş sosialına qədər, siyasətindən tutmuş diplomatiyasına qədər, mədəniyyətindən tutmuş humanitarına qədər yeni uğurlara imza atırıq.
Növbəti Azərbaycan nümunəsi, növbəti Azərbaycan modeli yaradılır, ortaya qoyulur.
Bugünlərdə bunun daha bir nümunəsini, daha bir misalını yaşadıq.
Bu günlərdə Müzəffər Ali Baş Komandan, Xilaskar oğul, ölkə Prezidenti cənab İlham Əliyev ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə bir sıra açılışlarda iştirak etdi, bir neçə obyektin açılışını gerçəkləşdirdi.
Bakının Yasamal rayonunda salınan meşə tipli yeni parkın, Abşeron rayonunda, Xırdalan şəhərində Mərkəzi Xəstəxananın yeni tikilən binasının, yarımstansiyaların açılışları, istifadəyə verilməsi ilə bir daha Azərbaycanın iqtisadi gücü, iqtisadi inkişafı əyani şəkildə nümayiş etdirildi.
Bir daha nümayiş olundu ki, 32 illik ağır və üzücü müharibədən, münaqişədən yenicə çıxmasına, dünyanı lərzəyə gətirən və Azərbaycandan da yan keçməyən koronavirus adlı bəşəri bəlanın davam etməsinə, müəyyən zərərlərlə müşaiyət olunmasına baxmayaraq, Azərbaycan dövləti yenə ayaq üstə, yenə öz gücündə, öz qüvvətindədir.
Hər bir addım yalnız və yalnız Azərbaycan insanı, Azərbaycan dövləti, Azərbaycan vətəndaşı naminə atılır. Bütün çətinliklər, maneələr, əngəllər inamla dəf edilərək, yalnız və yalnız Azərbaycan insanı, onun rahatlığı, məmnunluğu, təhlükəsizliyi önə çəkilir. Hər bir addımın, hər bir məsələnin təməlində Azərbaycan insanı, Azərbaycan vətəndaşı dayanır.

Bizi də biz edən, bizi də güclü, həmrəy, sarsılmaz edən elə budur. Dövlətin, Dövlət Babanın hər zaman və hər daim şəxsən özünün vətəndaşının, öz insanının yanında olması, ona-arxa dayaq durması... Biz bundan qüdrətlənirik, biz bundan qüvvətlənirik, biz bundan güclənirik, kürək-kürəyə, çiyin-çiyinə, omuz-omuza irəliləyirik!
Bəli, növbəti açılışlar həm də növbəti tarixi bəyanatlarla, mesajlarla, xəbərdarlıqlarla müşaiyət olundu.

Dövlət başçımız AzTV-yə növbəti müsahibəsində ölkəmizi, insanımızı, dünyamızı maraqlandıran elə bir məsələ qalmadı ki, ona toxunmamış, ona münasibət bildirməmiş olsun. Hər bir məsələyə, hər bir nöqtəyə toxunuldu, işıq salındı, aydınlıq gətitildi, eyni zamanda, tələb və tapşırıqlar ortaya qoyuldu.

Bir daha qətiyyətli şəkildə bəyan olundu ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz həm də erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini yox etmişik.

Və buna görə də bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Bir daha və bir daha düşmənə də, havadarlarına da növbəti mesaj verildi, bildirildi ki, müasir dünya ikinci belə vəhşilik, erməni vəhşiliyi görməmişdir. Onlar əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Binaları, məbədləri, məscidlərimizi dağıdıblar.

Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı “Dəmir Yumruq”la məhv etdik. Əminik ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaqdər ki, biz onları bu bəladan xilas etmək istədik. Əks-təqdirdə, Ermənistan adlı dövlətin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq.

Bunu qəti və qəti şəkildə unutmasınlar! "Dəmir Yumruq” həmişəki gücündədir!
Həmçinin, daxili auditoriyaya səslənilərək, çağırış edilərək, məmur özfəaliyyətinə bir daha yol verilməyəcəyi, bunu edənlərə qarşı barışmaz olunacağı bildirildi.
“Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”-deyərək, ölkə Prezidenti növbəti dəfə sərt xəbərdarlığı ortaya qoydu.

Bəli, Şuşa mədəniyyət paytaxtımızdır, mədəniyyət beşiyimizdir…Adına-şanına uyğun olaraq, qalmalıdır və qalacaq da. Əksi mümkün deyil və mümkün olmayacaq!

 

 

DİGƏR Xəbərlər Arxiv