YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan: Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək

Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edən bu mücadilədə böyük həmrəylik göstərib. Şükürlər olsun ki, bu gün ay ulduzlu bayraq Qarabağ səmasında qürurla dalğalanır. Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.

Bu fikirləri Azərbaycana səfərə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Esenboğa Hava Limanında keçirdiyi brifinqdə ifadə edib.

Səfərin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan şanlı Azərbaycan Ordusunun Bakıda keçirəcəyi Zəfər paradında iştirak edəcək. Azərbaycan-Türkiyə münasibətlərinə dair mühüm müzakirələr aparılacaq.