YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir

“Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir. 28 illik işğal Laçın rayonunun iqtisadi potensialından istifadəyə imkan verməyib”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, işğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu.

Millət vəkilinin sözlərinə görə, Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir: “Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək”.