YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb

Ermənilər uzun illərdir ki, bu coğrafiyada qanlı terror aktları törədirlər. Osmanlı dövründən başlanan bu cinayətlərə 1918-ci ilin mart qırğınları, Ermənistandakı soydaşlarımızın dədə-baba torpaqlarından qovulması, Azərbaycan ərazisinin 20 faizinin işğalı və yerli azərbaycanlıların öz yurdlarından didərgin salınması kimi faciəvi hadisələr daxildir.

Bu fikirləri  ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Ermənistanın yürütdüyü işğalçılıq siyasəti və uzun illər davam etdirdiyi hərbi təxribatları, o cümlədən dinc Azərbaycan əhalisinə və mülki infrastruktura qarşı hücumları müharibə cinayəti kimi dəyərləndirən, bütün bunlara görə təcavüzkar tərəfin ədalət məhkəməsinə cəlb olunacağına inandığını ifadə edən general Yücel Karauz Azərbaycan dövlətinin bütün bu təxribatlara qarşı dözümlülük nümayiş etdirdiyini xatırladaraq deyib: “Azərbaycan Ordusu müharibə zamanı Ermənistana aid yalnız hərbi obyektləri hədəf aldı. Mülki əhaliyə zərər dəyməməsi üçün bütün imkanlardan maksimum istifadə etdi. Dünyada belə bir nümunə yoxdur ki, hər hansı bir dövlət müharibə zamanı hərbi və mülki obyektləri bu dərəcədə həssaslıqla bir-birindən ayırsın”.

Möhtəşəm Qələbə münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, qəhrəman Ordumuzu və xalqımızı təbrik edən, ən böyük arzusunun Şuşada namaz qılmaq olduğunu bildirən general deyib: “Texniki hazırlığına, vətənpərvərliyinə və döyük qabiliyyətinə görə Azərbaycana Ordusu ilə fəxr edirəm”.