YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizmi iflasa ugradı

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

30 ilə yaxın dövrdə erməni vandallarının işgalı altında qalmış torpaqlarımız Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən öz azadlığına qovuşdu. Düşmən bu illər ərzində işgal etdikləri dədə-baba torpaqlarımızdan hücumlar edir, yeni ərazilər zəbt etməyə cəhd göstərirdi. Ancaq hər həmləsində rəşadətli Azərbaycan ordusunun sarsıdıcıcı zərbələri ilə üzləşir və geri oturdulurdu. 2016-cı  ilin aprel hadisələri isə işgalçı Ermənistana tutarlı cavab oldu. Cari ilin iyun ayında Tovuz rayonu ərazisindəki erməni separatçı cəhdləri də baş tutmadı. Növbəti dəfə sentyabr ayının 27-də işgalçı ermənistan ordusunun ərazilərimizə hərbi hücumunun qarşısını alan müzəffər Azərbaycan ordusu düşmənə layiqincə dərs verdi. Ali baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Qrdusu qısa zaman kəsiyində işgal altında olan torpaqlarımızda işgalçı ermənistan ordusunu darmadagın edərək, Azərbaycanın tarixi torpaqlarını işğalçıdan təmizləməyə müvəffəq oldu. Ötən əsrin 90-ci illərində havadarlarının dəstəyi ilə 4 il ərzində aparılmış müharibə nəticəsində Azərbaycan torpaqlarını işğal edən ermənilər 44 gündə məğlubiyyətini boynuna aldı. 5-ci nəsil silahlarla təchiz olunmuş, nizamlı Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən düşmən ordusunun əsgərləri silah - sursatı atıb qaçmagı qənimət bildi. Rəşadətli Azərbaycan ordusunun gücünü görən düşmən yalvararaq təslim oldugunu bəyən etdi və işgal etdikləri üç rayonumuzun ərazisini boşaltmaq barədə öhdəlik götürdü və müqavilədə  konkret vaxt  göstərildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımıza xas olan hümanist, sülhsevər prinsiplərinə  həmişə oldugu kimi sadiq qalaraq Ermənistana bu şansı da verdi. Bu alicənab davranışı ilə ölkə Prezidenti bir daha dünyaya Azərbaycan xalqının və liderinin yüksək insani dəyərlərə sahib oldugunu nümayiş etdirdi. Çox təəsüflər olsun ki, Azərbaycan ordusunun qarşısında davam gətirə bilməyib məglub olan ermənilər yalvararaq sülh  müqaviləsi imzalasalar da yenə də məkrli xislətlərindən əl çəkmirlər. İşgal altında olan torpaqlarımızı boşaltdıqca bacardıqları ziyanı vurmağa çalışırlar. Separatçı  regim və onun Azərbaycan ərazisində yerləşdirdiyi hərbi-mülkü  qüvvələri torpaqlarımızı tərk etdikcə meşələrimizi qırıb, talayır, evlərə, ictimai obyektlərə və meşə massivlərinə od vurub yandırmaqla  iyrənc simalarını bir dahə gostərirlər. Ancaq ermənilərin bu cür murdar xislətləri  öz başlarında çatlayır. Azərbaycan xalqı  44 günlük müharibənin qələbə sevincini yaşayır. Prezidentimiz bəyan etdiyi kimi işgaldan azad olunan torpaqlarımızda ən müasir standartlara uygun şəhər, qəsəbə, kəndlər salınacaq  və soydaşlarımız öz ata-baba yurdlarında yaşayıb yaradacaqlar.