YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçrəngli bayrağımız işğaldan azad olunan bütün torpaqlarımızda dalğalanacaq!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Ölkəmizin qazandığı uğurlar beynəlxalq miqyasda da çox  yüksək qiymətləndirilir. Bütün bu uğurların fonunda müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız qürurla dalğalanır. Bu, Azərbaycan dövlətinin gücünü, qüdrətini və xalqımızın milli  birliyini nümayiş etdirir.

Hər il 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün Respublikamızın müxtəlif guşələrində iftixar hissi ilə qeyd edilməsi də Azərbaycan xalqı və dövlətinin qüdrətini göstərir. Qürurla xatırlayırıq ki, üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması isə dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biridir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, görülən işlər dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza yüksək ehtiramın bariz nümunəsidir.

Bugünkü reallıqlar Azərbaycanın yüksəlişinin daimi olacağını əminliklə söyləməyə əsas verir. Azərbaycan bundan sonra da inkişaf yolunda əmin addımlarla irəliləyəcək, yeni nailiyyətlər qazanacaq. Bütün bunlar isə dövlətimizin qüdrətinin artmasını təmin edəcək.

Bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü həyata keçirən Azərbaycan Ordusu  işğal altında olan bütün torpaqlarımızı azad edəcək, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Üçrəngli bayrağımız işğaldan azad edilmiş Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə, Xocavənddə, Hadrudda, Suqovuşanda, Murov zirvəsində, Şuşada dalğalandığı kimi, tezliklə Xankəndində, Xocalıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Ağdərədə və bütün torpaqlarımızda dalğalanacaq. O gün uzaqda deyil! Biz buna tam inanırıq.

Qarabağ Azərbaycandır və biz birlikdə güclüyük!

Bayramınız mübarək olsun!