YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Qardaş Azərbaycanın Dövlət Bayrağı Günü mübarək olsun! Qəhrəman Ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə “Twitter” səhifəsində xalqımıza təbriklərini çatdırıb. Paylaşıma üçrəngli bayrağımızla Şuşanın birgə fotoları əlavə edilib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul etməsi barədə məlumat verib, qəbuldan fotolar paylaşıb.