YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan XİN davakar bəyanatla və uydurma rəvayətlərlə mülki insanlara qarşı hücumlara zəmin hazırlayır

Ermənistanın Xarici İşlər Nazirliyi belə bir davakar bəyanatla və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır.

Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində yazıb.

“Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri “Smerç” və “SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”, - deyə Hikmət Hacıyev qeyd edib.