YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara mükafat vəd edir

Ermənistan öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycan Ordusunun tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi barədə yalanlar və fantaziyalar uydurur. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımızın tapşırığını layiqincə yerinə yetirir.

Bunu noyabrın 3-də keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, əksinə, muzdlular Ermənistan silahlı qüvvələrinin tərkibində xidmət göstərir. Onlar işğal edilmiş ərazilərimizdə yerləşdirilib və Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə olunur. Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyəti olan insanlar da var.

Prezidentin köməkçisi qeyd edib ki, erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir.