YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: 2000-ə yaxın PKK/YPG terrorçusu Ermənistan tərəfdən Qarabağda döyüşür

Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycanlı qardaşlarımızın həmin torpaqlardan qovulmasından 30 il keçib. Minsk qrupu bu məsələni həll etmədi. Azərbaycan öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Ermənilər hücum etdi, azərbaycanlılar özlərini müdafiə edirlər və bu proses davam edir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında bildirib.

Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətinə toxunan Rəcəb Tayyib Ərdoğan danışıq zamanı Qarabağ probleminin həlli yollarının müzakirə olunduğunu, nümayəndə heyətlərinin görüşünün təşkilinin vacibliyini vurğulandığını bildirib. O deyib: “Bizi Suriyadan Azərbaycana xarici qüvvələrin gətirilməsində ittiham edirlər. Lakin 2000-ə yaxın PKK/YPG terrorçusu Ermənistan tərəfdən 600 dollar maaş qarşılığında Qarabağda döyüşür. Rusiya Prezidenti bundan xəbərsiz olduğunu bildirdi. Bunun üzərində dayanmaq, buna uyğun addımlar atmaq lazımdır”.

Türkiyə dövlətinin başçısı, həmçinin vurğulayıb: “Azərbaycanlı qardaşlarım itirdikləri torpaqların böyük hissəsini geri qaytarıblar. İnanıram ki, yaxın zamanda bütün ərazilərini azad edəcəklər. İndiyədək qardaşlarımızın yanlarında olduq, bundan sonra da olacağıq”.