YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti Gəncə terroru: Paşinyan sarkisyanlaşmaqmı istəyir?

Ramil Vəlibəyov,

YAP-ın Sosial media qrupunun rəhbəri

Sanki Ermənistan şənbə və bazar günlərini Gəncəni və Mingəçeviri bombalamaq, mülki insanları qətlə yetirmək üçün bron edib. Paşinyan rejimi 11.10.2020-ci il tarixində həyata keçirdiyi terrorun ardınca 17.10.2020-ci il tarixində də növbəti kütləvi qətliam aktını törətdi.

Artıq heç bir şübhə yoxdur ki, Gəncəyə hücum etməklə Ermənistan dövlət səviyyəsində terror siyasəti həyata keçirdiyini isbatladı. Paşinyan rejimi həyata keçirdiyi bu soyqırımı aktı ilə yenidən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozdu.

Görünür, mülki şəxsləri qətlə yetirmək əmri verən Paşinyan Sarkisyanın, Köçaryanın yolunu gedir. Vaxtilə azərbaycanlıları qorxutmaq üçün Xocalı soyqırımını həyata keçirmiş Ermənistanın hərbi-siyasi elitası bu gün Paşinyanın timsalında Gəncə soyqırımını reallaşdırmaq niyyətindədir. Ermənistanın bu cür iyrənc hərəkətlərinin məqsədi,

- Azərbaycan Ordusunun müharibə zonasındakı uğurlarının acısını çıxmaq;

- İnsanlarda qorxu, xof yaratmaq, döyüşmək əzmini sındırmaq, ruhunu öldürmək;

- Bilərəkdən xalqlar arasında nifrəti dərinləşdirmək, müharibədən sonrakı sülh prosesini pozmaq;

- Azərbaycan vətəndaşlarına psixoloji təzyiq etmək, siyasi hakimiyyətə qarşı çevirmək;

- Azərbaycanı cavab atəşi olaraq Ermənistanın ərazisini vurmasına təhrik etməklə üçüncü ölkəni, yaxud ölkələri münaqişəyə cəlb etməkdir.

Lakin Paşinyan rejimi bu dəfə də yanılır. Çünki Azərbaycan bu dəfə də təxribata getməyəcək. Səbəb isə Vətən müharibəsinin aparılmasındakı məqsədlərdən yayınmamaqdır. Lakin Azərbaycan Ordusu bu dəfə də Gəncə terrorunun qisasını erməni terrorçularından, hərbçilərindən alacaq.

Bəs, dünya ictimaiyyəti? Beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri yenə də susacaqmı? Azərbaycandakı diplomatik nümayəndələr, səfirlər yenə də baş verənlərə sadəcə seyrci qalacaqmı? Onların hər biri anlamalıdır ki, Ermənistan kimi terror dövlətinin cinayətlərinə susduqca, o daha da şirnikləşir. Əgər 11.10.2020-ci il tarixli terror aktına sərt təpki verilsəydi, bu gün Paşinyan özündə cürət tapıb yenidən terror həyata keçirməzdi.

Terrorun məkanı, zamanı və seleksiyası olmur. Bu gün terrora susanlar sabah onunla qarşılaşa və bu gün Azərbaycanın qarşılaşdığı vəziyyətin daha ağırını yaşaya bilər...