YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatının fəalları düşmən hücumundan zərər çəkmiş sakinlərə köməklik göstəriblər

YAP Beyləqan rayon təşkilatının Gənclər Birliyinin fəalları oktyabrın 3-də erməni vandallarının ballistik raketin atması nəticəsində Beyləqan rayonunda dinc əhalinin dağıdılmış evlərində olublar.

Təşkilatdan verilən məlumata görə, dağılmış evlərin birində 2 mülki şəxs həlak olub, 2-si azyaşlı uşaq olmaqla 4 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Raketin dağıdıcı təsirindən ətraf evlər də müəyyən dərəcədə dağıntılara məruz qalıb.

 YAP Beyləqan rayon təşkilatının fəalları dağıntı olan ərazilərdə təmizlik işləri aparıb, zərər çəkmiş sakinlərə köməklik göstəriblər.