YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tofiq Zülfüqarov: Kimlərsə Türkiyəni prosesdən kənarda qoymaq istəyirsə, bu, mümkün deyil

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər aparılan danışıqlar imitasiya xarakteri daşıyıb. Ermənilər bu yolla münaqişənin həllini uzatmağa çalışıb. Ötən dövr ərzində erməni tərəfi bir sıra təxribatçı addımlar atıblar. Sonuncu təxribatdan sonra  Azərbaycan Ordusu əks-hücuma keçdi.  Döyüşlərin davam etdiyi ilk 20 gündə erməni hərbi sisteminin beli sınıb. Hazırda isə onların qalan hərbi infrastrukturu dağılmaqdadır”. Bu fikirləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyanın ümidi var idi ki, kimsə gəlib müharibədə onlar üçün döyüşəcək. Amma yanılır.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini nümayiş etdirir: “Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Artıq status-kvo yoxdur. Artıq yeni vəziyyət yaranıb. Ermənilərin başa düşür ki, humanitar atəşkəs davamlı deyil və onları qane etmir. Ona görə də, qeyri-insani addımlar atır, müharibə cinayətləri törədir, dinc insanları hədəfə alırlar. Məqsədləri odur ki, Azərbaycan adekvat cavab versin və bundan sonra beynəlxalq gücləri bölgəyə cəlb etsinlər. Erməni tərəfi istəyir ki,  “sülhməramlılar” gəlib atəşkəsi təmin etsin. Belə olarsa, onlar özlərini arxayın hiss edər və münaqişənin həllini uzatma siyasətini davam etdirəcəklər. Təbii ki, Azərbaycan bu variantı qəbul etmir. Bütövlükdə isə, münaqişənin həlli prosesində region dövlətləri olaraq Türkiyə və Rusiya fəal iştirak edə bilərlər. Kimlərsə Türkiyəni prosesdən kənarda qoymaq istəyirsə, bu, mümkün deyil”.