YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Türkiyə mətbuatında, Türkiyə cəmiyyətində bizə göstərilən dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür

Bu günlər ərzində Türkiyə mətbuatında və Türkiyə cəmiyyətində bizə göstərilən dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür. Biz bir daha gördük ki, atamın məşhur kəlamı - “Bir millət, iki dövlət” sadəcə olaraq kəlam deyil, bu, gerçəkdir. Bu reallığı biz yaratdıq.

Prezident İlham Əliyev bunu Türkiyənin NTV kanalına müsahibəsində deyib.

“Bilirsiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır - etnik, dini, mədəniyyət, dil baxımından. Ancaq bu, o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşı bilirsiniz. Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu təməl - ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillər də hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası. Mən bütün qardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güc verir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi ilk saatlardan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın bu açıqlamaları olub: “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanında olacaq”.