YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı senator Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumunu pisləyən açıqlama verib

İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.

İtalyan senator Azərbaycan və Ermənistanın Moskvada Rusiya tərəfindən təşkil edilmiş üçtərəfli görüşdə oktyabrın 10-u saat 12.00-dan etibarən atəşkəslə bağlı razılaşdığını və həmin görüşdə tərəflərin eyni zamanda ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yollu ilə həlli üçün danışıqların bərpa edilməsi ilə bağlı qərar verdiyini diqqətə çatdırıb.

Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycan şəhərlərinə qarşı kaset bombalardan hücumlar etməsi ilə bağlı xəbərlərin daxil olduğunu bildirən senator Luçidi qeyd edib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları edib, nəticədə 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.

Senator İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib, bu bölgədə sabitliyin təmin edilməsinin istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.