YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hulusi Akar: Gün gələcək və Ermənistan həm tarix, həm də beynəlxalq hüquq qarşısında cinayətlərinin hesabını verəcək

Ermənistanın cinayətkar əməlləri yeni deyil. Bu dövlət hər zaman son dərəcə təcavüzkar davranıb, müharibə cinayətləri törədib. Bu cür fəaliyyətlərə adətkar da olublar. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsində son dərəcə məsuliyyətsiz davranır. Göstərilən himayədarlıq onları çox həvəsləndirib. Onlar nə beynəlxalq hüquqa, nə də insani dəyərlərə hörmət qoymur.

Bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

Nazir deyib: “Ermənilər məsələlərə əxlaq prizmasından yanaşmaqdan çox uzaqdırlar. Gəncə və bir çox yaşayış məntəqələrinə amansız hücumlar etdilər və bunu davam etdirirlər. Bütün bunlar atəşkəsin pozulması anlamına gəlir. Dinc insanlara qarşı amansız hücumlar edilir. Gün gələcək və Ermənistan həm tarix, həm də beynəlxalq hüquq qarşısında cinayətlərinin hesabını verəcək”.

 

DİGƏR Xəbərlər Arxiv