YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqil Məmmədov: Azərbaycan ordusu yeni bir tarix yazır və yazmağa da davam edəcək

“Artıq on gündən çoxdur ki, ordumuz uğurlu əməliyyatlar keçirir. Bu müddət ərzində demək olar ki, hər gün xoş xəbərlər almışıq. Bir sıra yaşayış məntəqələri və hərbi əhəmiyyətə malik olan yüksəkliklər işğaldan azad edilib”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Azərbaycan ordusu yeni bir tarix yazır və yazmağa da davam edəcək. Lakin bu uğurlarımız qarşı tərəfi narahat edir və onlar həmişəki kimi, insani keyfiyyətlərə uyğun olmayan cəhdlərə əsaslanaraq cəbhə boyu və ondan uzaq yaşayış məntəqələrini vururlar.

“Bununla kifayətlənməyib, dünya ictimaiyyətini çaşdırmaq məqsədi ilə dezinformasiyalar yaymağa davam edirlər. Azərbaycan ordusunun bu qələbəsi bir çox beynəlxalq qurumları və dünya dövlətlərini də narahat edir. Onlar bizi atəşkəsə, müharibəni dayandırmağa səsləyir. Mən də, bütün Azərbaycan xalqı da bunu qəbul etmir, Ali Baş Komandanın əks-hücum əmrini alqışlayırıq. Çünki biz haqq yolundayıq və başqa bir dövlətin torpaqlarına göz dikməmişik. Erməni təxribatları insanları qorxutmur, əksinə əhali arasındakı əhval-ruhiyyə çox yüksəkdir. Həmrəyliyimizin yüksək səviyyədə olması bütün torpaqlarımızın azad olunacağına bağlı böyük inam yaradır”,-deyə, A.Məmmədov vurğulayıb.