YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatih Şahin: Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq

“Türkiyə dövlətinin Azərbaycana dəstəyi dəyişməzdir”. Bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) genel sekreteri, Ankara millət vəkili Fatih Şahin bu gün Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının birgə keçirdiyi videokonfransda deyib.

Fatiş Şahin bildirib ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı işğalçılardan azad etmək haqqı var. Bu yolda Türkiyə xalqı öz dəstəyini hər zaman ifadə edib.

“AKP və YAP olaraq sıx əlaqələrimiz var. Hesab edirəm ki, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir. Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq”-deyə, Fatih Şahin söyləyib.