YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Ünal: Qarabağ probleminin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir

“Qarabağın işğal altında olması qəlbimizdə bir yara idi. Xocalı faciəsinin yarasını ürəyimizin dərinliyində hiss edirik. Bu gün isə gəldiyimiz nöqtə odur ki, tezliklə haqq öz yerini tapmalıdır”. Bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Tanıtım və media başkanı, Kahramanmaraş millət vəkili Mahir Ünal bu gün Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının (AKP) birgə keçirdiyi videokonfransda deyib.

Mahir Ünal bildirib ki, bu gün Azərbaycan ordusu Qarabağın işğaldan azad edilməsi yolunda zəfərlər qazanmaqdadır. Onun fikrincə, bu zəfərlər təkcə Azərbaycanda deyil, Türkiyədə, eləcə də bütün İslam coğrafiyasında coşğu yaratmaqdadır: “Biz Türkiyə, AKP olaraq Azərbaycanın ədalətli savaşına daim dəstək veririk. Bu dəstəyi beynəlxalq media müstəvisində də göstəririk. Hesab edirik ki, Qarabağ probleminin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”.