YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Hazırkı şəraitdə Azərbaycanda müşahidə olunan milli birlik qürurvericidir

“Quldur Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün sonadək mübarizə aparacaq”. Bu fikirləri TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının (AKP) birgə keçirdiyi videokonfransda deyib.

Şamil Ayrım bildirib ki, hazırkı şəraitdə Azərbaycanda müşahidə olunan milli birlik qürurvericidir. Onun fikrincə, bu birlik sayəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edəcək və bu məsələdə Türkiyə daim qardaş ölkənin yanındadır.

Şamil Ayrım bugünlərdə türkiyənin Xarici İşlər naziri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduğunu və bu görüşlə bağlı təəssüratlarını bölüşüb. O həmçinin hər gün azərbaycanlı həmkarları ilə əlaqə saxlayaraq, cəbhədəki vəziyətlə maraqlandığını söyləyib. “Ermənilərin dinc insanları atəşə tutması vəhşilikdir”-deyən Şamil Ayrım qələbənin Azərbaycanla olacağına əminliyini ifadə edib.