YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycanı ittiham etmək əvəzinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq

Jurnalistin məlumatı göstərir ki, erməni əsilli Fransa vətəndaşları Azərbaycanın mülki əhalisinə və hərbçilərinə hücumlar edən muzdlular qismində Ermənistan silahlı qüvvələrinin sıralarında fəaliyyət göstərirlər.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

“Azərbaycanı ittiham etmək əvəzinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - deyə Prezidentin köməkçisi bildirib.