YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi birmənalıdır

Elmar MƏMMƏDOV

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin

Gənclərlə iş qrupunun rəhbəri

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi hər kəsdə ciddi narahatlıq doğurur.

        19 Sentyabr 2020-ci il tarixdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin qəti və dönməz mövqeyini bir daha ortaya qoymuş oldu.

        İlk öncə problemin tarixi aspektlərinə toxunan cənab Prezident Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amilinin uzun illər ermənilərin separatçı hərəkətlərini reallaşdırmağa imkan vermədiyini bildirmiş və yalnız ulu öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdıqlarını diqqətə çatdırdı. Ölkə başçısının da vurğuladığı kimi, ermənipərəst Volskinin vaxtında ölkəmizdə ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk olaraq Xankəndindən qovulmuşlar. Eyni zamanda mərkəzi hakimiyyətin cinayətkar siyasətini dəstəkləyən Azərbaycanın o zamankı rəhbərliyinin xalqa xəyanətini də xüsusi qeyd etmək lazımdır. Bundan başqa Sovet İttifaqının 366-cı alayının azərbaycanlılara qarşı etnik təmizləmə cinayətlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynaması da vurğulanmalıdır.

        Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyünün və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

        Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Xain, mənfur düşmən tərəfindən dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik, deyən Prezident İlham Əliyev xüsusi vurğuladı ki, biz küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl tarixi adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

        Son müsahibə Azərbaycan Prezidentinin ölkənin və bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik reallıqlar, iqtisadiyyat, ekologiya, sosial rifah haqqında çağdaş və tarixi aspektdən dərin bilgilər, olduqca aydın və geniş dünyagörüşü, vizion sahibi olmasını xüsusi qabartdı. Cənab Prezidentin analitik fikirlər, dərin mənalı müddəalar, sağlam məntiqlə irəli sürülmüş tezislərlə zəngin olan müsahibəsinin nəinki siyasətçilər, politoloqlar,  biz gənclər üçün, eləcə də yeni nəsillər üçün strateji proqram mahiyyətli bir sənəd olması xüsusi vurğulanmalıdır.