YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın xəbər portalında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc olunub

Bolqarıstanın “Cross” xəbər portalı Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti, Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq barədə məqalə yayıb.

Məqalədə Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi töhfələrdən bəhs edilir. Qeyd olunur ki, məhz onun səyləri nəticəsində 2019-cu ilin iyulunda UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçirilib.

Bildirilir ki, Mehriban Əliyeva sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə xüsusi diqqət göstərir. Qısa müddətdə 300 mindən çox qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb, bir il ərzində 5293 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Bundan başqa, Aprel döyüşlərində yaralanan əsgər və zabitlərin müalicəsi təşkil edilib.

Məqalədə diqqətə çatdırılır ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu açılıb. Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu təqdim olunub. Yazıda Birinci vitse-prezidentin iki ölkə arasında münasibətlərin sürətli inkişafına töhfələri barədə geniş məlumat verilir.