YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik.

Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk”.