YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Səfərov: Karantin qaydalarına əməl olunmaması ilə bağlı heç kəsin hər hansı immuniteti və ya üstünlüyü yoxdur

“Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən koronavirus epidemiyası ilə gərgin mübarizədə dövlətimizin uğur qazanmasının mühüm şərtlərindən birini də ciddi karantin rejiminin tətbiq edilməsi, bu çətin dövrdə hər bir vətəndaşın və vəzifəli şəxslərin hüquq normalarına əsaslanan məsuliyyətinin müəyyən olunması təşkil etmişdir”. Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.  

Nizami Səfərov bildirib ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə istər cinayət-hüquqi sanksiyaların, istərsə də inzibati tənbeh tədbirlərinin  Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilməsi, infeksiyanın qarşısının alinmasında sərt preventiv element kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət başçısı dəfələrlə karantin qaydalarına birmənalı olaraq riayət edilməsinin vacibliyi və əks təqdirdə epidemiyanın ağır fəsadlara gətirib çıxara biləcəyi haqqında xəbərdarlıq etmişdir. Deputat təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, son dövrdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, bəzi hallarda kütləvi tədbirlər keçirilərək, koronavirus infeksiyasının yayılmasına münbit şərait yaradılmışdir. Bu cür tədbirlərdə tanınmış şəxslərin, dövlət yetkililərinin iştirakı əlbəttə ki, yolverilməz idi və təqsirkarların hüquqi məsuliyyətə cəlb edilməsi ilə nəticələndi. Belə hüquqi yanaşma bir daha onu təsdiq etdi ki, karantin qaydalarına əməl olunmaması ilə bağlı heç kəsin hər hansı immuniteti və ya üstünlüyü yoxdur.

“Hüquqi dövlət şəraitində hər bir şəxs, vəzifəsindən, hüquqi statusundan, dövlət iyerarxiyasında tutduğu yerindən asılı olmayaraq, qanun qarşısında bərabərdir və məsuliyyətdən boyun qaçıra bilməz. Koronavirus pandemiyası ilə mübarızə ilk növbədə dövlətin müəyyən etdiyi qaydalara uyğun olaraq məsuliyyətli davranış tələb edir və belə davranış nümayiş etdirməyən hər bir şəxs bilməlidir ki, heç bir istisna olmadan qanunvericiliyin tələblərinə uyğun cəzalandırılacaq. Azərbaycan Respublikasının Prezidenti bu ilin 1 may tarixində Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən, açıq şəkildə bəyan etmişdir ki, “qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”. Ölkəmizin hər bir vətəndaşı dövlət başçısının bu sözlərindən düzgün nəticə çıxarmalıdır”-deyə, komitə üzvü vurğulayıb.