YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Heydər Əliyev Azərbaycanın təkcə keçmişi deyil, həm də bu günü və gələcəyidir

«May ayının 10-u Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin həyatı Azərbaycanın müasir tarixi kimi zəngin və rəngarəng olmuşdur. Müxtəlif siyasi şəraitlərdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider onun inkişafına müstəsna töhvələr vermiş, nəticə etibarilə müstəqil Azərbaycan Respublikasının qurucusu kimi tarixi missiyanı həyata keçirmişdir.» Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi facebook səhifəsində paylaşıb.
Əli Əhmədov qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycanın təkcə keçmişi deyil, həm də bu günü və gələcəyidir. Onun ideyaları yaşayır, zəngin siyasi və dövlətçilik irsi ölkəmizin inkişafı yoluna işıq salır:
«Azərbaycan xalqı həmişə, bütün dövrlərdə Heydər Əliyevə böyük hörmət və etimad göstərib. Onun xatirəsinə dərin hörmət və məhəbbət xalqımızın dövlətçilik ənənəsinin vacib tərkib hissəsinə çevrilib. Azərbaycanın dahi tarixi şəxsiyyətləri sırasında Heydər Əliyev ən layiqli yer tutur.»