YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycan koronavirusa qarşı yeni mübarizə modeli ortaya qoyub (VİDEO)

 "Azərbaycan Respublikası koronavirusa qarşı yeni mübarizə modeli ortaya qoyub. Ona görə də bu modeli bir sıra dövlətlər öz ölkələrində tətbiq edir".

Bu fikirləri "Yeni Tv"-nin efirində "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyevn deyib. O bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır: "Ölkədə aparılan siyasət vətəndaşa xidmət edir. Yəni vətəndaşın sağlam, problemsiz yaşaması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Azərbaycan dövlətinin ən dəyərli sərvəti vətəndaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu sərvəti qorumaq üçün bütün vasitələrdən istifadə olunur".

B.Quliyev vurğulayıb ki, pandemiyadan az zərərlı çıxmaq üçün dövlətin həyata keçirdiyi xüsusi karantin rejiminin qaydalarına ciddi riayət olunmalıdır.