YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Dindarlar hər zaman milli maraqlardan çıxış edir (VİDEO)

"Dindarlar cəmiyyətdə gedən proseslərdən kənarda deyillər. Koronavirus pandemiyasının yayıldığı ilkin dövrlərdə Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi və vaxtında qərarlar qəbul etdi. Bu qərarlara ilk dəstək verən məhz dindarlar, dini icmalarımız olub". 

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Yeni Tv"-nin efirində səsləndirib. 

G.İsmayılov qeyd edib ki, Azərbaycanda dini icmaların təşəbbüsü ilə ibadət evlərinin fəaliyyəti dayandırılıb: "Bu gün ölkədə məscidlər, kilsələr, sinaqoqlar, ziyarətgahlar fəaliyyət göstərmirlər. Amma bu o demək deyil ki, dini icmaların fəaliyyəti dayanıb. Sadəcə bu fəaliyyət indi daha çox virtual məkandadır". 

Komitə sədrinin müavini bildirib ki, dini icmalar sosial şəbəkələr vasitəsilə Ramazana uyğun atmosferdə fəaliyyətini davam etdirəcəklər.