YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlı köçkünlər onlara göstərilən maddi və mənəvi dəstəyi yüksək qiymtləndirirlər

Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən bütün zəruri addımlar atılıb, davamlı olaraq müvafiq tədbirlər görülür.  

Bu tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu xətti ilə laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü ərazisində, karantin şəraitində ehtiyacı olan şəxslərə dəstək  məqsədi ilə “evdəqal “ kampaniyası çərçivəsidə sosial aksiya həyata keçirilib.

25 aprel 2020-ci il tarixdə həyata keçirilən aksiya zamanı, karantin rejimi şəraitində  əhalinin ən həssas təbəqəsi olan yaşlı və ehtiyacı olan insanlara, DSMF-nin rayon şöbəsi əmkdaşları və YAP Laçın rayon təşkilatı könüllülərinin iştirakı ilə, ərzaq sovqatları paylanılıb. Ərazidəki müxtəlif ünvünlarda həyata keçirilən bu sosial aksiyadan maddi ehtiyacı olan 100 ailə bəhrələnib. Ərzaq paylarını qəbul edən laçınlı köçkünlər bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Aksiya zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb,onlara  özlərinin və yaxınlarının sağlamlığını qorumaq naminə evdə qalmaları tövsiyə edilmişdir.