YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü bütövlükdə beynəlxalq birlik üçün bir nümunədir

Məlumdur ki, Türk Şurası türkdilli ölkələr tərəfindən dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Azərbaycan özünün  sədrliyi dövründə təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə  koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi də qardaşlağımızın və birliyimizin ifadəsidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva xüsusi vurğulayıb ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Onun sözlərinə görə, Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun qoşulmasıda  Azərbaycanın bu təşəbbüsünün nə dərəcədə aktual olduğunu təsdiqləyir.

“Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi  pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır. Zirvə görüşündə vurğulandığı kimi Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı, ticarət münasibətləri, və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbayacna Türkiyə və Mərkəzi Asiya etibarlı tranzit-loqistika mərkəzi kimi öz roluna məsuliyətlə yanaşır, üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir”-deyən, millət vəkili diqqətə çatdıırb ki, Zirvə görüşündə çıxış edən dövlət və hökumət başçıları da Azərbaycan Prezidentinin təşəbbüsünü çox yüksək qiymətləndiriblər, eləcə də hazırkı şəraitdə əməkdaşlığın genişləndirilməsi üçün vacib və təkliflər irəli sürüblər. Sammitin sonunda qəbul olunan Bəyannamədə əksini tapan məqamlar bu baxımdan əhəmiyyətlidir. 

“Hesab edirəm  ki, Azərbaycan Prezidenti  İlham Əliyevin bu təşəbbüsü bütövlükdə beynəlxalq birlik üçün bir nümunədir. Çünki dünyanın üzləşdiyi qlobal problem dövlətlərin və xalqların birgə əməkdaşlıq səyləri nəticəsində aradan qaldırıla bilər. Türk Şurasının fövqəladə Zirvə görüşü bu baxımdan böyük məna kəsb edir. Bu hadisə həmçinin türkdilli ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir”-deyə, S.Fətəliyeva söyləyib.