YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Postkorona dövründə iqtisadi münasibətlərdə və idarəetmədə innovativ üsullar xüsusi əhəmiyyət kəsb edəcək

“Dünyada koronovirus epidemiyanın yayılması və dünya bazarlarında neftin qiymətini kəskin enməsi hökumətləri daha operativ və təxirəsalınmaz tədbirlər görməyə sövq etmişdir. Azərbaycanda dövlətinin vətəndaşların sağlamlığını qorumaq və istisadiyyatda baş verə biləcək neqativ tendensiyanı qarşılamaq üçün atdığı addımlar hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər epidemiyanın yayılma səviyyəsini kəskin azaltmış və minimum itkilərlərlə qarşılaşmağımıza səbəb olmuşdur”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Azərbaycan həm də ÜDM-ə nisbətdə və öz ehtiyatları hesabına regionda ən çox sosial-iqtisadi dəstək proqramı elan edən bir ölkədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın da fəaliyyəti tərəfimizən yüksək qiymətləndirilir. Bu tədbirlərin həm də mühüm iqtisadi nəticələri olacaqdır. Belə ki, dünyada aparılmış təhlillərə görə 10 günlük karantin sonradan 5% daha çox iş yerlərinin açılmasına səbəb olacaqdır. Bu baxımdan atılan sərt məhdudlaşdırıcı addımlar insanların həyatını qorumaqla sonradan onların iqtisadi həyatında da mühüm rol oynacayacaqdır.

“Artıq hər kəs üçün aydındır ki, postkorona dövründə iqtisadi münasibətlərdə və idarəetmədə innovativ üsullar xüsusi əhəmiyyət kəsb edəcək. Eyni zamanda düşünürük ki, qanunverici orqanın hökumətlə sıx əməkdaşlığı çərçivəsində post epidemiya dövrü üçün innovativ qanunvercilik bazasının hazırlanması iqtisadi inkişaf sürətimizin bərpa olunmasına mühüm dəstək ola bilər. Xüsusilə də, mövcud problemlərin həllində yeni metodların, məsafədən idarəetmənin tətbiqi, rəqəmsal iqtisadiyyatın formalaşmasında, electron ticarətin inkişafında yeni ideyaların reallaşması günün aktual tələblərindəndir. Post-epidemiya dövründə texnologiyaların hökmranlığı başlayacaq. Bu dövr üçün indidən vaxt itirmədən texnoloji biliklərimizi, infrastrukturumuzu, qanunvercilik bazamızı daha də təkmilləşdirməliyik. Prezident cənab İlham Əliyevin apardığı sosial-iqtisadi islahatlar əslində Azərbaycanı bu dövrə hazırlamaqdadır. İqtisadi islahatların əsas hədəflərindən biri innovativ iqtisdiyyat qurmaq, insan kapitalına və texnologiyalara əsaslanan sosial iqtisadi münasibətlərin formalaşmasıdır. Əminəm ki, biz bu yolla getməklə və hər bizimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməklə qarşıya qoyulan hədəflərə çatacağıq”-deyə, komitə sədri vurğulayıb.